Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRARbackend

Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ənvər Yusifovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə hadisə, bu il saat 21:00 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Şəfa” şadlıq sarayında baş verib.

Belə ki, Ənvər Yusifovla zərərçəkmiş İmran Tağızadə (adı, soyadı şərtidir) arasında şadlıq sarayında mübahisə yaranıb.

Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun mahnı sifarişi verməsinə mane olmasını bəhanə edib. Bundan sonra Ənvər heç bir əsaslı səbəb olmadan İmranı nalayiq sözlərlə söyüb və təhqir edib. Mübahisə bununla da bitməyib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirib. Zərbə nəticəsində İmranın burnunda xəsarətlər yaranıb.

Məhkəmə-tibbi ekspertizanın nəticəsinə əsasən, zərərçəkmiş şəxsdə burun nahiyəsində şişkinlik və burun sümüyünün yerini dəyişməyən sınığı müəyyən edilib.

İş üzrə müəyyən edilmiş hallara görə, Ənvrin hərəkətləri yalnız zərərçəkmiş şəxslə şəxsi mübahisə ilə məhdudlaşmayıb.

Belə ki, təqsirləndirilən şəxs insanların çox olduğu ictimai yerdə təxminən 15-20 dəqiqə ərzində ətrafdakı vətəndaşların narahatlığına səbəb olan hərəkətlər edib.

Məhkəmə hesab edib ki, onun davranışı ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edib.

Ənvərin hərəkətləri zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə də müşayiət olunub.

Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi, yəni xuliqanlıq kimi qiymətləndirilib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Ənvər Yusifov Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Məhkəmə onun barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edib. Lakin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Protestdə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*