Hindistanın Carkhand əyalətinin Dumka bölgəsindəki internat məktəbində təhsil alan bir qrup şagird 2 müəllimi və məktəb işçisini aşağı qiymət yazdıqlarına görə döyərək ağaca bağlayıb.
KONKRET.az İHA–ya istinadən xəbər verir ki, görüntülər sosial mediada gündəmə gəldikdən sonra polis hərəkətə keçib.
Polis bölməsindən verilən açıqlamada bildirilib ki, məktəb rəhbərliyi hadisə ilə bağlı yazılı şikayət etmədiyi üçün iş üzrə heç bir araşdırma başlanılmayıb.
Müəllimlər isə şikayət edərək heç bir uşağın gələcəyini məhv etmək istəmədiklərini bildiriblər.
Hadisədən sonra 9-10-cu siniflərdə təhlükəsizliyin təmin edilməsi üçün məktəbdə 2 gün müddətinə tədris dayandırılıb.
Qeyd edək ki, 9-cu sinif imtahanında məktəbdəki 32 şagirddən 11-i zəif qiyməti alıb. Şagirdlər iddia ediblər ki, müəllimlər onlara praktiki imtahanlarda bilərəkdən aşağı qiymət verib və kəsiblər.
İqbal Rzayev,
KONKRET.az
