Sahibə Qafarovadan şəhid və qazilərimizlə bağlı paylaşım – FOTObackend

Sahibə Qafarovadan şəhid və qazilərimizlə bağlı paylaşım - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Vətən müharibəsində şəhid olanlarla bağlı “Facebook” hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 3-də imzaladığı sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*