Ötən gün inzibati qaydada həbs edilən jurnalist Şahin Rzayev azadlığa buraxılıb.
KONKRET.az-ın məlumatına görə, bu haqda Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Məhkəmə Ş.Rzayevlə bağlı 15 sutka həbs qərarını ləğv edib. Jurnalist məhkəmə zalından azadlığa buraxılıb.
