“Sakinlər partlayış olan binadan çıxarılır” – DİNbackend

“Sakinlər partlayış olan binadan çıxarılır” - DİN

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, partlayışdan sonra ərazidə xidmət aparan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər.

İlkin müdaxilədən sonra əməkdaşlar tərəfindən FHN-in qaynar xəttinə və Təcili Yardıma xəbər verilib. Ardınca partlayış baş verən yaşayış binasındakı əhalinin evakuasiyasına başlanılıb.

İlkin məlumata görə, ikisi uşaq olmaqla hadisə zamanı ümumilikdə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Binanın həyətində park edilmiş vətəndaşlara məxsus 2 avtomobilə ziyan dəyib. Hazırda Xırdalan Şəhər Polis Şöbəsinin və Çevik Polis Alayının əməkdaşları tərəfindən partlayış baş verən binadan insanların təxliyyə olunaraq təhlükəsiz yerlərə köçürülməsi həyata keçirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə “AAAF” Park Yaşayış kompleksində baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*