SALDAŞ kəndinin ŞƏHİDLİK YADDAŞI – Kəhkəşan Bulud oğlu Yaqubov – FOTO/VİDEObackend

SALDAŞ kəndinin ŞƏHİDLİK YADDAŞI - Kəhkəşan Bulud oğlu Yaqubov - FOTO/VİDEO

Şəhid Kəhkəşan Bulud oğlu Yaqubov 1 fevral 1972-ci ildə Qubadlı rayonunun Saldaş kəndində anadan olmuşdu. Saldaş kəndi təbiətin yaratdığı gözəllikləri tam əks etdirirdi. Hərtiz Dağının qoynunda məşəliyin içərisində yerləşən Saldaş kəndi bir neçə erməni kəndi ilə üzbəüz ərazidə yerləşirdi. Təbiətin gözəllikləri, Hərtiz dağının əzəməti Kəhkəşanın da xarakterinə hopmuşdur. Kəhgəşan 1979-cu ildə Saldaş kəndində ibtidai təhsildən sonra Fərcan Kənd orta məktəbində oxumuş və 1989-cu ildə tamamlayıb.

KONKRET.az xəbər verir ki, o, 1990-1992-ci illərdə sovet hərbi xidmətini başa vurub doğma Saldaş kəndinə dönür və görür ki, kənddəki əmin-amanlıqdan əsər-əlamət qalmayıb. Erməni və havadarları Saldaşda normal həyat şəraitini pozublar. Buna görə də, Azərbaycanın qəhrəman oğlu yeni yaranmış Milli Ordu sıralarına yazılır və doğma Qubadlının müdafiəsinə qoşulur.

Kəhkəşan Qubadlı, Laçın, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmişdi. 31 avqust 1993-cü ildə ermənilər Qubadlını işğal etdikdəndən sonra Kəhkəşanın xidmət etdiyi Qubadlı batalayonları Ağdam, Füzuli rayonları uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş, qanlı döyüşlərin birində Ağdamın Güllücə kəndinin düşmən işğalından azad edilməsi uğrunda gedən qanlı döyüşdə Kəhkəşan qəhrəmanlıqla döyüşərək 8 yanvar 1994-cü ildə Şəhidlik zirvəsinə ucalmışdır.

Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər Xiyabanındadır.

Ruhun şad olsun Şəhidim, doğulduğun Qubadlı və uğrunda can verdiyin Ağdam rayonları Azərbaycan Ordusunun igid döyüçüləri tərəfindən azad edilib.

Rövşən Murad,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*