Putindən Ukraynanın gələcəyi ilə bağlı mesaj – Planda nələr var?backend

Putindən Ukraynanın gələcəyi ilə bağlı mesaj - Planda nələr var?

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın müəyyən ərazilərini itirəcəyini istisna etməyib. Bu barədə Kreml rəhbəri “Valday” Beynəlxalq Müzakirə Klubunun plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, əgər Ukrayna NATO-ya qoşularsa, ölkənin cənub-şərqinin ayrılmaq hüququ var.

Putinin bu açıqlaması nəyə hesablanıb? Ukrayna ərazisində hansı müstəqil dövlət yarana bilər?

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Rusiya əslində Ukraynanın rəsmi şəkildə NATO-ya qoşulmasına tərəfdar ola bilər:

“Beləliklə Rusiya nəzarət altına aldığı Ukrayna ərazilərini özünə tam formada birləşdirmək və leqallaşdırmaq istəyir. Proses məhz bunun üzərində qurulub. Odur ki, Putinin fikirlərini Ukrayna və Qərbə mesaj kimi də dəyərləndirmək olar. Rusiya lideri fikiri ötürür və ola bilər ki, qarşılıq görsün.

Nəticə etibarilə Ukrayna və Qərb dövlətlərinin təklifə müsbət yanaşmaları mümkündür. Onsuz da Kreml rəhbərinin nəzərdə tutduğu əraziləri Ukrayna artıq itirib. Bu itkinin qəbul edilməsi fonunda Rusiya ilə münasibətlərin bərpasına gedən yol açıla bilər.

Belə olan halda Qərb və Ukrayna Putinin səsləndirdiyi fikirlər üzərində düşünə bilərlər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*