Salyanda avtombil aşdı – Ölən və yaralananlar varbackend

Salyanda avtombil aşdı - Ölən və yaralananlar var

Salyan rayonunda avtombil aşıb, ölən və yaralananlar var.

KONKRET.az-ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*