Ruslar Putini görmək istəmirlər – NƏTİCƏLƏR AÇIQLANDIbackend

Ruslar Putini görmək istəmirlər - NƏTİCƏLƏR AÇIQLANDI

Rusiyada Prezident Vladimir Putinin fəaliyyətini dəstəkləyənlərin sayı son üç ilin ən aşağı səviyyəsinə enib.

KONKRET.az xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan İctimai Rəy Fondunun (FOM) açıqladığı nəticələrə əsasən, Putinin fəaliyyətini müsbət qiymətləndirənlərin payı bir həftə ərzində 71 faizdən 66 faizə düşüb. Beləliklə, prezidentin reytinqi 5 faiz bəndi azalaraq 2022-ci ilin payızından bəri ən kəskin geriləməni göstərib.

FOM-un məlumatına görə, oxşar eniş sonuncu dəfə 2022-ci ilin sentyabrın sonu – oktyabrın əvvəlində, Rusiyada qismən səfərbərliyin elan olunduğu dövrdə qeydə alınmışdı.

Eyni zamanda, dövlət tərəfindən idarə olunan Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzi də Putinin reytinqində azalma tendensiyasını təsdiqləyib. Mərkəzin məlumatına əsasən, prezidentin fəaliyyətinə dəstək göstəricisi ardıcıl üçüncü həftədir ki, aşağı düşür.

Qeyd olunur ki, FOM-un qeydə aldığı 66 faizlik göstərici Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 2022-ci ilin fevralından bəri Putinin ən aşağı təsdiq reytinqidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*