Şəkər tozu alanlara VACİB XƏBƏR: Qiymətlərlə bağlı gözlənti açıqlandıbackend

Şəkər tozu alanlara VACİB XƏBƏR: Qiymətlərlə bağlı gözlənti açıqlandı

Yay aylarında mürəbbə və kompot hazırlanmasının intensivləşməsi şəkər tozuna tələbatı artırır. Hər il bu dövrdə istehlakçılar arasında “mövsümi tələbat qiymətlərə təsir edəcəkmi?” sualı aktuallaşır.

Bəs bu il şəkər tozunun bahalaşması gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hazırkı mərhələdə şəkər tozunun qiymətində artım gözlənilmir.

Artan işsizlik sosial və iqtisadi risklər yaradır - Günay Hüseynova

“Mürəbbə və kompot hazırlanması mövsümi xarakter daşısa da, şəkər tozu əsasən yerli istehsal hesabına təmin olunduğundan qiymətlər nisbətən sabit qalır.
Əgər hər hansı səbəbdən yerli istehsal və ya idxal daxili bazarda tələbatı qarşılaya bilməsə, o zaman qiymət artımı müşahidə oluna bilər. Hazırda isə belə bir risk görünmür”.

G.Hüseynova qeyd edib ki, son illər ev şəraitində mürəbbə və kompot hazırlayanların sayı əvvəlki dövrlərlə müqayisədə azalıb. İstehlakçılar daha çox hazır məhsullara üstünlük verirlər.

“Bu tendensiya şəkər tozuna olan mövsümi tələbatın əvvəlki illərlə müqayisədə zəifləməsinə səbəb olur. Buna görə də hesab edirəm ki, bu il şəkər tozunun qiymətində ciddi artım olmayacaq”, – deyə o, bildirib.

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox hazır mürəbbə, kompot və digər konservləşdirilmiş məhsullarda müşahidə oluna bilər. Belə ki, istehsalçılar payız və qış aylarında artan tələbatı nəzərə alaraq məhsulları əvvəlcədən stoklayır və bazara sonradan çıxarırlar.

“Ən yüksək satışlar payız və qış mövsümündə qeydə alındığı üçün istehsalçılar məhsulları əvvəlcədən ehtiyat kimi saxlayırlar. Bu səbəbdən hazır məhsulların qiymətində artımın sentyabrın sonlarından etibarən müşahidə olunacağı ehtimal edilir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*