Rusiyanın PUA hücumu: Ölən və yaralananlar varbackend

Rusiyanın PUA hücumu: Ölən və yaralananlar var

Rusiyanın Nikolayev şəhərindəki liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində ölən və yaralananlar var.

KONKRET.az xəbər verir ki, bu barədə Nikolayev Vilayət Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hücum 17 iyul səhər saatlarında “Şahed-238” tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Zərbələr nəticəsində limanda lövbər salmış xarici bayraqlar altında üzən üç mülki gəmiyə ziyan dəyib.

Prokurorluğun məlumatına görə, PUA zərbələrindən biri xarici gəmiyə dəyib. Hadisə zamanı gəmidə olan iki Ukrayna vətəndaşı həlak olub.

Eyni zamanda, Rusiyanın Xerson vilayətinə də pilotsuz təyyarələrlə hücum etdiyi bildirilir. Regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Xersonun Dnepr rayonunda 70 yaşlı yerli sakin həlak olub.

Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun verdiyi məlumata əsasən, hücum nəticəsində daha beş nəfər yaralanıb. Yaralananlar 61 yaşlı kişi, eləcə də 71, 73, 75 və 85 yaşlı qadınlardır.

Hadisələrlə bağlı araşdırma aparılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*