Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİbackend

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ

Rusiya Türkiyənin beş şirkətindən ərik, albalı, gilas, şaftalı və nektarin idxalına məhdudiyyət tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətin tətbiqinə səbəb həmin məhsullarda karantin orqanizmlərinin aşkarlanması olub. Qurumun açıqlamasına əsasən, fitosanitar tələblərin pozulması səbəbindən Türkiyənin beş ixracatçı şirkətindən sözügedən məhsulların Rusiyaya gətirilməsi dayandırılıb.

Diqqət çəkən məqam isə qərarın Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna ilə bağlı bəyanatından cəmi bir neçə saat sonra açıqlanmasıdır.

Fidan bildirib ki, Ankara Ukraynanın təhlükəsizlik zəmanətlərinə qoşulmağa hazırdır və NATO müttəfiqləri ilə birlikdə mümkün dəniz təhlükəsizliyi missiyasında iştirak edə bilər. O, həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını vurğulayıb.

Hələlik Moskva tərəfindən meyvə idxalına qoyulan məhdudiyyətlə Türkiyənin siyasi bəyanatları arasında hər hansı rəsmi əlaqənin olduğu açıqlanmayıb. Bununla belə, qərarın vaxtı beynəlxalq mediada diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*