Şamil Basayevin silahdaşı 29 ildən sonra SAXLANILDIbackend

Şamil Basayevin silahdaşı 29 ildən sonra SAXLANILDI

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 29 il əvvəl Stavropol diyarının Budennovsk şəhərində Şamil Basayevin təşkil etdiyi silahlı hücumda iştirak etmiş daha bir dəstə üzvünü saxlayıblar.

KONKRET.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib .

Dağıstanın Xasavyurt rayonunun sakini Kazbek Anasov Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Terror aktı”, “banditizm”, “girov götürmə” və “qətl törətmək” kimi bir neçə maddəsi üzrə cinayət törətməkdə təqsirli bilinib.

İstintaqın məlumatına görə, Anasov 1995-ci ilin iyun ayında könüllü olaraq Basayevin dəstəsinə qoşulub, xüsusilə ağır cinayətlərin, o cümlədən Budennovska hücumda fəal iştirak edib.

Xatırladaq ki, 1995-ci il iyunun 14-də 160-a yaxın yaraqlı Budennovska daxil olmuş, burada mindən artıq yerli sakini girov götürmüş, daha sonra xəstəxanaya aparmışdılar. Terror aktı nəticəsində 129 nəfər həlak olub, 317 vətəndaş yaralanıb.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*