Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhət adına xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən şəxslər 42 yaşlı Seymur Əliyev, 40 yaşlı Elçin Cabbarov, 51 yaşlı Mehriban Orucova, 46 yaşlı Azər Allahverdiyev və 50 yaşlı Məlahət Allahverdiyevadır.
Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.
İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi güman edilir.
Faktla bağlı araşdırma başlanılıb.
