Sarkisyan Azərbaycana gələcək – Həkimlər icazə versə…backend

Sarkisyan Azərbaycana gələcək – Həkimlər icazə versə...

Ermənistan Prezidenti Armen Sarkisyanı Azərbaycanla sərhədin demarkasiyası işləri, xüsusilə, Sünikdəki sərhədyanı yaşayış məntəqəsinin təhlükəsizliyi ilə bağlı situasiya narahat edir.

KONKRET.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezident Administrasiyası yayıb.

Sarkisyan sərhədlərin demarkasiyasının GPS və digər oxşar sistemlərin köməyi ilə həyata keçirilməsinin yolverilməz olduğunu bildirib.

Administrasiya, həmçinin həkimlərin icazəsindən sonra Armen Sarkisyanın Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasına gələcəyini açıqlayıb.

Qeyd edək ki, A.Sarkisyan koronavirusa yoluxub və nədənsə, xeyli müddətdir “sağalmır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*