“Sarkisyan və Paşinyan Səddam Hüseyn kimi terrorçudur”backend

"Sarkisyan və Paşinyan Səddam Hüseyn kimi terrorçudur"

“İsgəndər”lərlə bağlı bütün müzakirələr Serj Sarkisyanla Nikol Paşinyan arasındakı daxili siyasi mübarizənin davamıdır. Müxalifət Paşinyanı hansısa yolla devirməyə çalışarkən Paşinyanla Sarkisyan elektorata üz tutub, mübahisə edirlər.

KONKRET.az xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinə açıqlamasında deyib.

“İsgəndər” əməliyyat-taktiki raket komplekslərinə aid bəyanatlar daxili siyasi proseslərdən kənara çıxır. Sarkisyan bu yaxınlarda verdiyi müsahibədə bəyan edib ki, raketləri Azərbaycanın neft və qaz infrastrukturunu məhv etmək üçün tətbiq etmək lazım idi. Bu, terror aktlarının keçirilməsinə çağırış kimi qiymətləndirilməlidir. “İsgəndər”in işə salınmasını təsdiq edən həm Sarkisyanı, həm də Paşinyanı qonşu ölkələrin ərazilərinə zərbələr endirmək üçün əməliyyat-taktiki komplekslərini işə salan Səddam Hüseynlə eyni tutmaq lazımdır”, – Korotçenko bildirib.

Onun sözlərinə görə, Paşinyan 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə zərbələr endirmək üçün digər əməliyyat-taktiki komplekslərin tətbiqinə dair əmr verib, Sarkisyan isə öz növbəsində Avropanın enerji təhlükəsizliyini təmin edən neft və qaz kəmərlərinin vurulmasından danışıb:

“Bu halda Avropa İttifaqı və onun strukturları Sarkisyanın bəyanatına diqqət yetirməli, onun beynəlxalq terrorçu kimi tanınması üçün qətnamə qəbul etməlidir. Zənnimcə, Rusiya gələcək hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistana moratorium tətbiq etməli, yəni bundan sonra erməni qoşunlarına həmin sinfin silahlarının göndərilməsini istisna etməlidir. Tanklar və avtomatlar Ermənistana daşına bilər, operativ-taktiki raket kompleksləri isə yox”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, Ermənistan ordusu sözügedən raket kompleksinin istismarına və döyüş tətbiqinə siyasi və peşəkarlıq baxımından hazır deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*