“Sarsılmaz qardaşlıq-2022” təlimi ləğv olundubackend

“Sarsılmaz qardaşlıq-2022” təlimi ləğv olundu

Qırğızıstanın Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq – 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib.

KONKRET.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, təlimlər oktyabrın 10-dan 14-dək respublika ərazisində (Edelveys poliqonunda) keçirilməli idi. Təlimlərin ləğv edilmə səbəbləri açıqlanmayıb. Onlar sülhməramlı əməliyyat keçirməyi və atəşkəsi təmin etməyi məşq etməli idilər.

Təlimlərə 6,5 mindən çox insan, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopter və PUA-lar cəlb olunmuşdu.

Təlimə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb olunmuşdu.

Xatırladaq ki, 2012-ci ildən birgə təlimlər çərçivəsində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*