İraqın 2003-cü ildə devrilmiş lideri Səddam Hüseynin Babildə inşa etdirdiyi sarayı muzeyə çevriləcək.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, bu barədə İraqın Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Sarayının direktoru Sabah əl-Hesnəvi İraq mətbuatına verdiyi açıqlamada iqamətgahın muzeyə çevrilməsi ilə bağlı müzakirələr apardığını bildirib.
O, qeyd edib ki, uzun illər baxımsızlıq nəticəsində saray zədələnib.
Bildirilib ki, 90-cı illərdə Babil şəhərinin mərkəzində, Fərat çayı yaxınlığında süni təpə üzərində inşa edilmiş saray Səddam Hüseyni devirdikdən sonra ABŞ ordusunun hərbi qərargahı olub.
İraqın mədəniyyət və turizm naziri Həsən Nazim isə söyləyib ki, Babil şəhərindəki iqamətgah müəyyən qədər bərpa ediləndən sonra iraqlıların və turistlərin ixtiyarına veriləcək.
İqbal Rzayev,
KONKRET.az
