Sədəqə paylanarkən izdiham yarandı: 90 nəfər ÖLDÜ – VİDEObackend

Sədəqə paylanarkən izdiham yarandı: 90 nəfər ÖLDÜ - VİDEO

Yəmənin paytaxtı Sənada sədəqə paylanarkən izdiham yaranıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı fövqəladə hallar xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yaranan izdihamda azı 90 nəfər ölüb, 300-dən çox insan isə yaralanıb. Həlak olanlar arasında uşaqların da olduğu qeyd edilir.

Belə ki, hadisə cümə axşamı gecə şəhərin mərkəzi hissəsində yerləşən Bab əl-Yaman ərazisində baş verib.

Qeyd olunub ki, izdiham bir neçə iş adamı tərəfindən sədəqə paylanarkən baş verib.

Məlumata görə, onlardan ikisi artıq həbs edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*