Misli Premyer Liqasında 11-ci tur davam edir.
KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
“Şəfa” “Araz-Naxçıvan”la, “Zirə” isə “Qəbələ” ilə üz-üzə gələcək.
Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.
7 noyabr (şənbə)
16:00. “Şəfa” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev, Emin Əliyev (VAR), Elşad Abdullayev (AVAR)
“SOCAR Polymer Arena”
18:30. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov, Kamranbəy Rəhimov (VAR), Şirmamed Mamedov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
8 noyabr (bazar)
“İmişli” – “Sumqayıt”
“Sabah” – “Şamaxı”
6 noyabr (cümə)
“Qarabağ” – “Turan Tovuz” – 0:1
“Neftçi” – “Kəpəz” – 1:0

Bombardirlər:
Breno Almeyda (“Neftçi”) – 9 qol
Coy-Lens Mikels (“Sabah”) – 6 qol
Aleksey Kaşuk (“Qarabağ”) – 4 qol
Joarlem Santos (“Turan Tovuz”) – 4 qol
Ağadadaş Salyanski (“Araz-Naxçıvan”) – 4 qol