KONKRET.az CBS New York-a istinadən bildirir ki, ABŞ-ın Nyu York şəhərində pitbul qazaxıstanlı diplomatın dördyaşlı qızına hücum edib.
KİV-in məlumatına görə, qızcığaz dayanacaqda səhər saat 8-də məktəb avtobusunu gözləyərkən yaxınlıqdakı hasarlı ərazidən böyük it peyda olub və uşağa hücum edib. Qız üz və boyun nahiyələrindən zədələr alıb. Hadisə Bronksın şimal-qərbində Riverdeyl rayonunda baş verib.
Yerli polis idarəsinin bildirdiyinə görə, uşağı əməliyyat gözləyir, amma həyat təhlükəsi yoxdur. İt isə xüsusi qəfəsə salınıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, hadisənin təfərrüatları araşdırılır.
