Birinci Qarabağ müharibəsinin şəhidi Şirzad Həsənovun anası Adilə Həsənova vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Şəhid anasının xəstəlikdən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Həsənov Şirzad Nüsrət oğlu 1966-cı il iyun ayının 22-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olub. 1983-cü ildə Çardaxlı kənd orta məktəbini bitirib. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. 1987-ci ildə rayon istehlak cəmiyyətinin inşaat briqadasında quraşdırıcı usta kimi əmək fəaliyyətini davam etdirib.
Birinci Qarabağ müharibəsi başlayanda özünümüdafiə dəstələrinə qoşulub. 1990-cı il aprelin 9-da Qubadlıda şəhid olub.
