Səhiyyə nazirinin açıqlamasından sonra qapalı məkanlarda maska tələbi ləğv ediləcəkmi? – ÖZƏLbackend

Səhiyyə nazirinin açıqlamasından sonra qapalı məkanlarda maska tələbi ləğv ediləcəkmi? – ÖZƏL

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusa yoluxma sayının kəskin şəkildə azaldığını deyib. Nazirin sözlərinə görə, bəzi məsələlərə, o cümlədən qapalı məkanlarda maska taxmaq tələbinin ləğvinə baxılır və yəqin ki müəyyən qərarlar veriləcək. Bəs görəsən yaxın vaxtlarda qapalı məkanlarda maska tələbi ləğv oluna bilərmi? Növbəti mərhələdə hansı məhdudiyyətlərin aradan qaldırılması gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, karantin rejiminin sərtləşdirilməsi və ya yumşaldılması istiqamətində verilən bütün qərarlar epidemioloji vəziyyətə uyğun olmalıdır: “Yoluxma sayı kəskin azaldıqda və virusun yeni ştamı olmadıqda karanatin qaydaları tam yumşaldıla bilər. Qapalı məkanlarda maska tələbinin aradan qaldırılması mümkündür. Lakin karantin rejimi tam olaraq ləğv edilə bilməz. Çünki Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandmeiyanın bitməsi ilə bağlı raport verilməyib”.

Korona ilə vidalaşırdıq, bir səhv hər şeyi dəyişdi...” – Adil Qeybulla ilə  MÜSAHİBƏ - 24media.az

Həkimin sözlərinə görə, karantin qaydaları getdikcə mülayimləşəcək: “Əgər virusun yeni ştamı aşkarlanarsa, bu zaman vəziyyətə uyğun yeni qərarlar alına bilər. Çünki omikron koronavirusun son mutasiyasi deyil. Yoluxma sayı kəskin artarsa və ağırlaşmalar olarsa epidemioloji vəziyyət yenidən sərtləşə bilər. İndiki halda bəzi məhdudiyyətlərin aradan qalxması məntiqi addımdır. ÜST-ün raportundan sonar isə karantin rejimi tam ləğv edilə bilər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*