“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.
KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
“Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, – o qeyd edib.

Mənim fikirimcə fövqaladə vəziyət elan olunmalıdı. Biraz da geciksək bu xəsdəliyin qarşısın ala bilməyəcəyik . Alınsa da çox sayda insan təlafatından sonra nail olacagıq. Mən Cənab Prezidentimizdən xahiş edirəm fövqaladə vəziyət qaçılmazdı. Biz başa düşən millət deyilik . Həmişə son nəfəsdə gedirik həkimə . Və qılınc müsəlmanı oldugumuz üçün döyülüb evə yıgılmalıyıq. İndi kimi dindirirsən deyir evdə nə yeyək? Mən başa düşə bilmirəm bu sözü deyənlərin qılçası qırılıb evdə qalanda dövlət bunlara pul verir? Ölkə başçımız çox ciddi yanaşdı və xalqa gözəl məsləhət verdi . Ama biz onu sübut edirikki biz məsuliyətsizik bizi zopa ilə evə yıgın. Məsələnin başqa tərəfinə də yanaşmaq isdəyirəm. Hələ bilinmir nə baş verəcək ona görə dövlət məmurlarıda vəsaiti səmərəli istifadə etməlidir. Çünkü ikdisadiyatımıza agır zərbə olacaq bu virusla əlaqədar. Bir daha Allahdan cənab prezidentimiz başda olmaqla xalqımıza saglamlıq arzu edirəm .
Haqlısınız! Təşəkkür edirik!