Şəhriyar Məmmədyarova 50 min dollarlıq TƏKLİFbackend

Şəhriyar Məmmədyarova 50 min dollarlıq TƏKLİF

Şəhriyar Məmmədyarov 50 min dollarlıq turnirə dəvət alıb.

KONKRET.az xəbər verir ki, bu gün Özbəkistanda şahmatın rapid növü üzrə beynəlxalq turnirə start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata görə, yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişşuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcəklər. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*