Şəkidə maşın ağaca çırpıldı, xəsarət alanlar varbackend

Şəkidə maşın ağaca çırpıldı, xəsarət alanlar var

Şəkidə avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəkinin Baş Küngüt kəndində baş verib.
Baş Küngüt kənd sakini, 42 yaşlı Cəfər Əliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Sürücü Cəfər Əliyev və onun sərnişini 28 yaşlı Şahin Əliyev xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*