Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb.
Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
