Şəmkirdə istixana kompleksində yanğın olub – VİDEObackend

Şəmkirdə istixana kompleksində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində yerləşən istixana kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus hər birinin sahəsi 120 kv.m. olan 8 ədəd istixananın ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində istixanada baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsindən istixananın ərazisində yerləşən mazut çəninin içərisində 10 ton mazutun 5 tonu, 3 ədəd istixananın polietilen üzlükləri 150 kv.m. sahədə, ətrafda toplanmış məişət və taxta tullantıları 100 kv.m sahədə yanıb.

İstixana kompleksinin böyük hissəsi və 5 ton mazut yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*