Şəmkirdə qətl törədən şəxs saxlanıldı – YENİLƏNİBbackend

Şəmkirdə qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB

Şəmkirdə gənc oğlan qətlə yetirən şəxs tutulub.

KONKRET.az xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

09:40

Şəmkirdə 19 yaşlı gənc qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü R.Quliyev qəsəbə ərazisində bıçaqlanıb. 19 yaşlı gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*