“Senatın qətnaməsi: Ermənistan ən azı indi Qarabağı tanımalıdır” – Erməni mediasıbackend

"Senatın qətnaməsi: Ermənistan ən azı indi Qarabağı tanımalıdır" - Erməni mediası

Ermənistan mediası Fransa Senatının absurd qətnaməsindən özünəməxsus nəticə çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Qolos Armenii” qəzeti yazı dərc edib.

Qəzet yazır ki, Fransa parlamentinin yuxarı palatası – Senat tərəfindən Ermənistanı dəstəkləmək üçün qətnamə qəbul edilib.

“Qətnaməyə Qarabağla bağlı müddəaların daxil edilməsi özlüyündə münaqişənin “həll olunmadığını” sübut edir. Senatın “DQR”-in müstəqilliyinin ikili tanınması ona  xüsusi çəki verir.

Senat hökuməti Qarabağda humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə çağırır. Senatorlar Qarabağ “espublika”sının tanınmasının zəruriliyini təsdiqləyirlər.

Bəs niyə Fransa hökuməti 2 il əvvəl öz deputatlarını dəstəkləmədi və Qarabağın müstəqilliyini tanımadı? O vaxtkı xarici işlər naziri Jan-İv Le Drian Qarabağın tanınması tələblərini dəstəkləmədiyini bildirib və vurğulayıb: “Hətta bizim erməni dostlarımız da bunu tələb etmirlər”. Bundan əlavə, Le Drianın fikrincə, belə bir qərar “bizim özümüzü Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırmağımıza bərabər olacaq”.

Bu arada Ermənistanı Qarabağı tanımadığına görə dolayısı ilə qınayan ilk şəxs Rusiya Prezidenti oldu. 2020-ci il noyabrın 17-də “Rossiya 24” telekanalının efirində Vladimir Putin deyib: “Hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb, bu isə o deməkdir ki, Azərbaycan öz ərazilərini qaytarmağa çalışır”.

Sual olunur: Minsk Qrupunun həmsədr ölkələrinin liderləri daha nə deməlidirlər, 44 günlük müharibədən daha pis nə baş verməlidir, Qarabağıı itirmək təhlükəsi nə qədər real olmalıdır ki, Ermənistan nəhayət ki, özünü düzəltsin, biabırçı ləkəni yuyub, Qarabağı rəsmən tanısın??

30 ilə yaxındır ki, bunun baş verməməsi, təbii ki, bir neçə fürsəti əldən verən əvvəlki hakimiyyət orqanlarının günahıdır. məsələn, aprel döyüşləri günlərində. Bu gün vəziyyət kökündən fərqlidir.

2 ildən artıqdır ki, Ermənistan məsələnin mahiyyəti ilə bağlı Qarabağla danışıqlar aparmır. Ona görə də Ermənistanın özünün mövcudluğu təhlükə altındadır. Amma hətta müxalifət nədənsə tanınma məsələsini qaldırmır.

İki həftə əvvəl, oktyabrın 29-da partiyasının qurultayında çıxış edən Paşinyan demişdi: “Bütün beynəlxalq birlik Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Dünyada elə bir dövlət varsa ki, Qarabağı Azərbaycanın bir hissəsi hesab etməsin, bunu açıq desin”.

Qarabağın rəsmi tanınması bu gün ən azı müxalifət qüvvələrinin və Ermənistan ictimaiyyətinin ən mühüm gündəliyinə çevrilməlidir. Bu gün Qarabağın erməninin kimi saxlanılmasından daha taleyüklü vəzifə yoxdur. Və Ermənistanın özünün taleyi üçün bundan əhəmiyyətli başqa bir amil yoxdur. Qarabağın tanınmasını tələb etmək, təkid etmək, çağırmaq və təşviq etmək əsl Ermənistan üçün, bütün ermənilər üçün bir nömrəli vəzifədir.

Fransa parlamentariləri bizə bir daha vəzifəmizi xatırlatdı. Qarabağa böyük borcumuz olan tapşırıq və indi onu ödəmək vaxtıdır. Sadəcə başqa biri olmayacaq”, – qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*