SENSASİON İDDİA: “Rus kəşfiyyatı Qarabağda cəmləşib“backend

SENSASİON İDDİA: “Rus kəşfiyyatı Qarabağda cəmləşib“

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, atəşkəsin qorunması üçün Qarabağa 1960 Rusiya sülhməramlısı yerləşdirilməli idi. Lakin bu gün bölgədəki rus hərbçilərinin sayının sənəddə əks olunandan dəfələrlə çox olduğu bildirilir. Bu fikri səsləndirənlərdən biri də Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədovdur. Millət vəkili bir neçə gün əvvəl saytımıza açıqlamasında Qarabağda təkcə Rusiya Müdafiə Nazirliyinin yox, həm də səhiyyə, təhsil və fövqəladə hallar nazirliklərinin əməkdaşlarının fəaliyyət göstərdiyini və beləliklə, ümumi rus kontingentinin sayının 7-8 minə çatdığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında qeyd edib ki, kontingentin artması Azərbaycan üçün böyük təhlükə vəd edir:

“Çıxışlarım zamanı mütəmadi olaraq qeyd etmişəm ki, Rusiyanın orada ən azı 5 min silahlı qüvvəsi var, söhbət həm Müdafiə Nazirliyinin, həm kəşfiyyatın, həm də təhlükəsizlik xidmətinin əməkdaşlarından gedir. Bu isə üçtərəfli  razılaşmanın kobud şəkildə pozulmasıdır. İkincisi, rusların xoş olmayan niyyətlərindən xəbər verir və təhlükə doğurur. Rusiyanın tarixi planını, erməniləri buraya gətirməsini, erməni vilayəti, sonra erməni dövləti yaratmasını, Qərbi Zəngəzuru Ermənistana verilməsini, törətdikləri 20 Yanvarı, Xocalı soyqırımını nəzərə alsaq, onların niyyətinin bəlli olduğunu rahatlıqla görərik”.

Tanınmış siyasətçi vurğulayıb ki, rusların məqsədi qurduqları “DQR”i qoruyub-saxlamaqdır:

“Qarabağdan qaçan erməniləri təzədən daşıyıb gətirmələri, öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olmaları da bununla bağlıdır. 200 ildir ruslar orada “əmək” sərf edir, erməniləri gətirib onlara həyat qurmaqla həm Azərbaycanı, həm də Türk dünyasını parçalayıblar. Ermənilər oradan getsələr, onların 200 illik “əməyi” boşa gedəcək.  Bu gün onların ermənilərə yardım göstərməsi, anbar tikməsi, başqa vədlər verməsi gözlənilən idi, axı oraya nə üçün gəlmişdilər? Rusları Qarabağa kim dəvət edib ki?” Onlar zorla ərazimizə giriblər, gördülər ki, 24 saat yubansalar, Azərbaycan Ordusu Xankəndini də götürəcək və nəticədə, özlərinin də dediyi kimi, 20-25 minlik erməni silahlı qüvvəsi  mühasirəyə düşəcək, ona görə əraziyə daxil oldular və 200 illik “əmək”lərinin puç olmasına imkan vermədilər”.

O bildirib ki, ruslar erməniləri Qarabağda saxlamaq üçün hər şeyi edəcəklər:

“Hətta Rusiyada vətəndaşlarına etmədiklərini Qarabağda ermənilər üçün etməyə çalışacaqlar ki, onlar getməsinlər. Deyirlər ki, guya oraya 50-52 min erməni gətirilib, lakin bir müddət əvvəl separatçıların başçısı Arayik Harutyunyan dedi ki, orada maksimum 30 min erməni var. Bəs bu əlavə 22 min nəfər kimdir? Deməli, ya yalandır, ya da Rusiyanın gətirdiyi silahlı qüvvələrdir. Rusların fəaliyyəti olmasa, Qarabağda 10-15 min erməni qalacaq, onlar da Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilərdir. Ona görə də çalışırlar ki, ermənilər oradan getməsin, bunun üçün də bütün ölkələrə müraciət edirlər, özlərinin maliyyə ayırmaq imkanı azdır, Fransa ilə işləyirlər ki, Fransa onlara maliyyə yardımı göstərsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*