Sensasion ŞƏRH: “Yeni savaşlar Amerikanın əsas niyyətini ortaya çıxardı – ƏTRAFLIbackend

Sensasion ŞƏRH: "Yeni savaşlar Amerikanın əsas niyyətini ortaya çıxardı - ƏTRAFLI

“Hazırda dünyanı məşğul edən gündəm Rusiya-Ukrayna müharibəsi olsa da, Çinlə ABŞ arasında görünməz olan qarşıdurma da yeni mərhələyə qədəm qoyub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyənin tanınmış siyasi şərhçisi Haluk Özdil bildirib. O qeyd edib ki, Donald Tramp dövründə Çin ABŞ-ın siyasi rəqibi hesab olunurdu. Birləşmiş Ştatların Rusiyaya qarşı fəaliyyəti elə də hiss olunmurdu. Hətta Tramp administrasiyası Çinin telefon şirkətlərinə sanksiyalar da tətbiq etmişdi. Cozef Baydenin gəlişi ilə dünyada yeni düzənlə bağlı hadisələrə start verildi.

Haluk Özdil Baydenin “Amerika geri döndü” ifadəsinə diqqət çəkərək vurğuladı ki, ABŞ ənənəsinə uyğun olaraq şiddətlə, qanla, savaşlarla geri döndü. İlk işi Türkiyəni qarışdırmaq olsa da, digər işi Çinlə oldu. Rusiya ilə hələ ki, istədiyi nəticəni əldə etməyib. NATO “Bu savaş 10 il sürəcək” kimi qəribə açıqlamalar verməklə əslində beynəlxalq ictimaiyyətə, psixoloji duruma basqı məqsədini nümayiş etdirdi. Rusiya üzərində bu tezliklə qələbə çalmayacağını müəyyən edən ABŞ və Qərb dünyanı gərginlikdə saxlamaqla başqa planlarını həyata keçirir.

Türkiyəli ekspertin sözlərinə görə, ABŞ Avropada iqtisadi, siyasi təsirini getdikcə itirirdi. Amerikanın geri dönmə planı da bu amili nəzərə alınmaqla işə düşdü. ABŞ yeni savaş meydanı yaratmaqla silah sənayesindəki tənəzzülün qarşısını almağa çalışır. Çünki uzun müddət idi ki, Amerika öz silahlarını geniş şəkildə satmaq üçün mühüm bazarlar əldə edə bilməmişdi. Eləcə də NATO təşkilatı da genişlənməli idi. İllərdi Finlandiya, İsveç kimi ölkələr bu hərbi təşkilata üzv olmaq istəmirdi. Amma bu gün sözügedən ölkələr quruma üzv olmaq üçün sanki yalvarır. Digər tərəfdən, ABŞ-dan qırıcı təyyarə sifarişləri də artır. İnanılmaz dərəcədə “Patriot”lar, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər alınmağa başladı.

Amerikanın Avropada planı tam gerçəkləşsə də, Asiyada hələ bunu demək tezdir. Birləşmiş Ştatlar Asiyaya silah sata bilməməsinin əsas günahkarının Rusiya və Çin olduğunu düşünür.

Haluk Özdil qeyd edir ki, bu gün Asiyada Amerikanın əsas müttəfiqi olan Hindistan Rusiya ilə sıx əməkdaşlıq edir. Hətta Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almağı düşünür. Amerika Çinə qarşı istifadə etməyə çalışdığı müttəfiqi Hindistanla bağlı qərar verməyə tələsmədi. Asiyada müharibə ocağını yaratmaq və silahlarını satmaq üçün 2 milyonluq ordusu olan Çin xofunu təşviq etmək lazım oldu. 239 min ordusu olan Tayvana hərbi dəstək verib yem olaraq Çinin qarşısına atan Amerika bununla da İndoneziya, Filippin kimi ölkələrə bəh-bəhlə silah satacaq.

Görünən odur ki, səfərbərlik elan olunarsa, 19 milyon əsgər toplaya biləcək Çinə qarşı Tayvan tab gətirə bilməz. Deməli, Tayvan gözdən çıxarılıb. Sadəcə Amerika ustalıqla burada da öz oyununu oynayır. Politoloq xüsusi olaraq vurğulayır ki, Amerika düşmənsiz yaşaya bilməz. “Amerika düşmənsiz qaldığı təqdirdə çökə bilər”, – deyən Haluk Özdil bildirir ki, Birləşmiş Ştatlar düşmənsiz vaxtlarında öz ölkəsinə qarşı terror qruplarını belə maliyyələşdirə bilirlər:

“Nigeriyadakı qanlı terror qrupları buna misal ola bilər. Bunu İŞİD-də gördük, Bin Ladenin qurduğu Əl-Qaida təşkilatının fəaliyyətində də gördük. Həmin bu terror təşkilatları Amerika və Qərb silah sənayesinin istehsal etdiyi ləvazimatlarla tam təchiz olunmuşdular”, – deyə Türkiyədən olan ekspert fikrini yekunlasdırıb.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*