Sentyabr DÖYÜŞÜ: Ermənilərin şok səs yazısı yayıldı – VİDEObackend

Sentyabr DÖYÜŞÜ: Ermənilərin şok səs yazısı yayıldı - VİDEO

Ermənistan mediası ötən ilin sentyabrında erməni ordusunun sərhəd boyunca Azərbaycan mövqelərinə qarşı təxribat hücumu nəticəsində baş verən döyüşlərlə bağlı səs yazısı yayıb.

KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, səs yazısında erməni hərbçilərin ağır vəziyyətdə olduğu əks olunur.

Vardenis şəhərinin hərbi komissrarı Kamsar Arutyunyanın oğlu Vermir Arutyunyan atası ilə əlaqə yaradıb. Azərbaycan mövqelərini artilleriya ilə vurmaq üçün dəqiq koordinatlar verib. Lakin komandanlıq ya artilleriya qurğularının yararsız olmasından, ya da bəlli olmayan hansısa səbəbdən bunu yerinə yetirməyib.

Yayılan səs yazısında isə erməni komandir bildirir ki, “koordinatı verilən mövqeləri vurmaq gücündə deyillər”.

Bu fakt bir daha təsdiq edir ki, sentyabr döyüşlərində Ermənistan Azərbaycan ordusunun mövqelərinə artilleriya hücumları edib.

Səs yazısından aydın olur ki, erməni hərbçilərin danışıqlarına Azərbaycan hərbçiləri müdaxilə edir, radio əlaqə zamanı hərbçilərimiz ordumuzun koordinatlarını verən Vermir Arutyunyana erməni dilində “ara, necəsən” deyir, ardınca erməni ordusunun mövqeyi məhv edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*