Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə ərzaqlara talon sistemi tətbiq olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun qondarma “operativ qərargah”ının iclasında deyilib.
“Qarabağın davam edən “blokada”sını nəzərə alaraq, əhalinin ilkin ehtiyaclarının təmin edilməsi məsələsi ən aktual məsələlərdən biridir. Talon sistemi ərzağı mümkün qədər ədalətli şəkildə paylamağa imkan verəcək.
Sistemin tətbiqi mexanizmləri artıq işlənib hazırlanıb.
İlkin olaraq onun bir neçə fövqəladə əhəmiyyət kəsb edən məhsul növlərinə tətbiq edilməsi planlaşdırılır”, – deyə “qurum”dan bildirilib.
Xuraman Etibarlı,
KONKRET.az
