Qarabağ işğal altında qalan hissəsində separatçıların “məmurlar”ı müxtəlif bəhanələrlə döyüşdən yayınır.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ruslan Sarqsyan adlı “məmur”un həyat yoldaşı Zarina Saracyan bildirib.
Saracyan hətta həmin “məmur”ların cəzalandırılaraq vəzifələrindən azad edilməsini də təklif edib.
Buna baxmayaraq, canlı qüvvə azlığından da əziyyət çəkən separatçılar və Ermənistan silahlı qüvvələri döyüşdən yayınan “məmurlar”a daha bir şans verib.
Xatırladaq ki, Ermənistan ordusunda fərarilik adi haldır.
