backend

Şərabla da işgəncə vermək olarmış - MARAQLI

KONKRET.AZ elmi-kütləvi jurnallara istinadən xəbər verir ki, qədimdə spartalılar şərabla işgəncə verirmişlər. Məlum olduğu kimi, spartalılar bəşər tarixinin ən yaxşı döyüşçülərindən biri olub. Dözümlülüyü ilə şöhrət tapan spartalılar fiziki cəhətdən son dərəcə güclü və fəndgirliliyi ilə də fərqləniblər. Ən sərt qanunlara riayət edən spartalılara sərxoşluq etmək qadağan idi. Yunanıstanı isə şərabsız təsəvvür etmək çətindir. O dövrdə Spartada şərab içmək adət imiş.

Amma gənc spartalılara şərabın nə olduğunu və insana necə mənfi təsir etdiyini əyani göstərmək hərbi əsirlər üzərində təcrübə keçirmişlər.

Belə ki, məhkumlara təmiz şərab verib onları məhdudiyyətsiz miqdarda içməyə məcbur edirmişlər. Bu halda gənc döyüşçülər sərxoş insanların başına gələnləri seyr edir və bir daha əmin olurmuşlar ki, şərab onları çox zəif və axmaq edir. Eyni zamanda şərab içən savaşçının döyüş bacarıqları aşağı səviyyədə olur. Belə  dərslər Spartalı tələbələrə güclü təsir edirmiş. Amma kim deyə bilər ki, spartalılar arasında əsirlərin yerinə olmaq istəyənlər olmayıb?! Əlbəttə ara-sıra əsirlərlərin yerində olmaqla dünya dağılmazdı. Limitsiz təmiz şərabları axı harada pulsuz paylayarlar?

ELMAN

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*