Serj Sarkisyanın qardaşı oğlu və Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatorunun oğlu Surik Xaçatryan saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə SputnikArmenia mənbələrə istinadən məlumat verib.
Məlumatda Xocalı qətliamının təşkilatçısı, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlunun və Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatorunun oğlu Surik Xaçatryanın saxlanıldığı bildirilir.
Saxlanılanların hər ikisi Müqavimət hərəkatının etiraz aksiyalarında fəal iştirak edib.
Hayk Sarkisyan xuliqanlıqda və polisin işinə mane olmaqda şübhəli bilinir.
Xaçatryanın vəkili Benik Qalstyan SputnikArmenia-ya bildirib ki, o, hökumət rəsmisinə qarşı zorakılıqda ittiham olunur. Artıq vəkil həbsdən apellyasiya şikayəti verib.
Xuraman Etibarlı,
KONKRET.az
