backend

Sarkisyan: Makron “siqnal” verdi, MQ-yə qayıtmalıyıq

Rusiya sülhməramlılarının artıq “artsax”da (keçmiş qondarma “dqr”) olması münaqişənin həlli prosesinin başa çatması demək deyil.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

“Bu, Minsk prosesi deyil, üçtərəfli sənəddir, barışıqdır. Atəşkəs haqqında saziş “artsax”ın  (Dağlıq Qarabağ-red)  yekun statusunu müəyyənləşdirmir. Artıq Fransa XİN-i və Prezident Emmanuel Makron tərəfindən müvafiq bəyanatlar verilib. Prosesin Minsk istiqamətinə qaytarılması barədə siqnallar var. Biz “artsax” üçün danışıqlara qayıtmalıyıq. Bunun uğurlu olması üçün güclü Ermənistan və “artsax”, eləcə də güclü xalq olmalıyıq”, – Sərkisyan bildirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*