“EasyJet” avia şirkətinin sərnişinin çox miqdarda içki içməsi və öz telefonunu çeynəməsi pilotların təyyarənın istiqamətini dəyişməsinə səbəb olub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı “Independent” nəşri məlumat yayıb.
44 yaşlı Metyu Flaherti İngiltərədən İslandiyaya uçmalı idi, lakin yersiz davranışlarına görə istəyinə nail ola bilməyib.
Əvvəlcə o, stüardessaları öldürməklə hədələyib, sonra isə öz telefonunu çeynəməyə başlayıb.
Təyyarədə baş verənlərdən bərk qorxuya düşüblər. Nəhayət, təyyarənin komandiri layneri Edinburq hava limanına yönləndirməyə qərar verib. Enişdən sonra polis Flaherti saxlayaraq yerli polis bölməsinə aparıb.
Məhkəmədə cinayətkar xüsusilə uçuş təhlükəsizliyinə təhlükə törətməkdə günahını etiraf edib. Cəzası mart ayında veriləcək.
Babək Göyüş
KONKRET.az
