Səudiyyə Ərəbistanı türk məhsullarına embarqonu ləğv etdi – Türkiyə qəzetibackend

Səudiyyə Ərəbistanı türk məhsullarına embarqonu ləğv etdi - Türkiyə qəzeti

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar öz nəticəsini verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qərar Ərdoğanın fevral ayında baş tutacaq səfəri zamanı açıqlanacaq və münasibətlərdə yeni səhifə açılacaq.

Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanına ixrac embarqoya görə 2,7 milyard dollardan 189 milyon dollara düşüb. Yeni hədəf 3 milyard dollarlıq dövriyyəyə nail olmaqdır.

Bildirilir ki, Ərəbistan hökuməti irimiqyaslı PUA-lar almaq niyyətindədir. Turizm sektorunda da əhəmiyyətli artım gözlənilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*