Siçovul və siçanlara qarşı genişmiqyaslı məhvetmə əməliyyatı – Xabarovskdabackend

Siçovul və siçanlara qarşı genişmiqyaslı məhvetmə əməliyyatı - Xabarovskda

Xabarovskda ərazilərin sel tərəfindən gətirilən siçan və siçovullardan təmizlənməsinə başlanılıb. Konkret.az xəbər verir ki, daşqına məruz qalan Xabarovskda özəl sektorun, habelə ictimai iaşə və səhiyyə müəssisələrinin zirzəmiləri infeksiya daşıyıcısı olan siçovul və siçanlarla dolub. Odur ki, siçanların geniş miqyaslı deratizasiyasına başlanılıb. Bu gün regional dezinfeksiya stansiyasının mütəxəssisləri şəhərin mərkəzi rayonundakı ferma sahələrini gəziblər, bazar ertəsi günündən etibarən gəmiricilər bütünlüklə məhv ediləcək. Artıq bütün təhsil müəssisələrinin zirzəmilərində də hazırlıq işləlri görülüb. Əvvəllər dezinfeksiya edənlərlə bağlanmış müqavilələr çərçivəsində idarəetmə şirkətləri təcili olaraq yaşayış binaları, iaşə və ticarət müəssisələri, tibb müəssisələri və müxtəlif fəaliyyət sahələrinin deratizasiyasını həyata keçirirlər. Gəmiricilərin məhv edilməsi üçün ehtiyat bələdiyyə fondundan 1,3 milyon rubl ayrılıb. Ümumilikdə, 12 mindən çox fərdi ev deratizasiyasından keçəcək. Sakinlərə bütün tərəvəzləri sabunla yuyub qaynadılmış su ilə yaxalamaq tövsiyə olunur. Daha əvvəl Xabarovsk ərazisindəki daşqın və yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edildiyi bildirilmişdi. Cümə günü səhər Xabarovskda Amurun səviyyəsi 642 santimetrdir. Şəhər üçün təhlükəli olan hədd isə 600 santimetr səviyyəsində hesab olunur. Xabarovsk yaxınlığında suyun maksimal səviyyəsinin sentyabrın əvvəlində – 670 santimetr olacağı proqnozlaşdırılır.

Rəhim Əliyev

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*