Cənubi Avropa ölkələrində həddindən artıq istilər Norveçdə turizm bumuna səbəb olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, iyun ayında bütün dünyadan ümumilikdə 1,62 milyon turist Skandinaviya ölkəsini ziyarət edib.
Məlumata görə, bu, 2010-cu ildən bəri ən yüksək göstəricidir.
Müqayisə üçün qeyd edək ki, may ayında otellərin rezervasiyası 751,3 min səviyyəsində olub.
İyun ayında Norveç vətəndaşları da daxil olmaqla, turistlərin ümumi sayı bu ay üçün ən yüksək göstərici olub.
Qeyd edək ki, Norveç milli valyutasının dəyərdən düşməsi Almaniya, Niderland və ABŞ-dan turist axınına səbəb olub. Bu ölkələr iyun ayında Norveçə səfərlərin sayına görə lider olublar. Eyni zamanda, norveçlilərin özləri də son vaxtlar kronun məzənnəsi səbəbindən xaricdə dincəlmək əvəzinə ölkə daxilində səyahətə üstünlük verir.
İqbal Rzayev,
KONKRET.az
