“Onlar artıq şifahi qərar veriblər, bu baş verərsə, Qarabağ Cavaxka (Gürcüstanda ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsi – red.) çevriləcək”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
“Ermənistan hakimiyyəti artıq şifahi şəkildə, bəzi yerlərdə isə sənədlərdə razılığa gəlib. Məsələn, Praqa sənədində razılaşıb ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır və qalacaq. Bu, həqiqətən çox təhlükəli bir fenomendir.
Bütün bunlar sülh müqaviləsi imzalananda öz təsdiqini tapacaq. Bu gün diplomatik sahədə baş verənlər bu vəziyyəti ört-basdır edir. Qazaxıstan Azərbaycan və vasitəçilərlə əməkdaşlıq edərək Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun bir hissəsi kimi tanıyır.Sonra da buna elə bir görüntü verməyə çalışır ki, bu da məhz bu vəziyyətin göstəricisidir. Bu gün o diplomatik iş gedir, niyə də olmasın.
Əlbəttə ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını gizlətmək çətin olacaq. Qarabağ erməniləri və Bakı nümayəndələri arasında dialoq olacaq. Bu da belə bir təəssürat yaradacaq ki, Qarabağ xalqının hələ də öz müqəddəratını təyin etmək imkanı var və sanki bu pəncərə açıq qalacaq. Müqavilə həqiqətən mənim təsvir etdiyim məzmunla imzalanıb, “Arsax” Cavaxka çevriləcək. Bu gün bizim Cavax erməniləri olduğu kimi, Qarabağ erməniləri də olacaq”,- deyə Oskanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
