Silahlı şəxslər “Real Madrid” klubunun futbolçusu Dani Karvahalın evinə girib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 3 soyğunçu 30 yaşlı müdafiəçinin Boadilya del Monte şəhərindəki mənzilini qarət etmək istəyib.
Soyğunçular həyəcan siqnalı işə düşdükdən sonra qaçıblar.
Bildirilir ki, futbolçu həmin vaxt evdə olmayıb.
Polis hadisəni araşdırır.

