backend

Şimali Koreya - dünyanın müəmmalı dövlətlərindən biri

Müasir dünyada güclü totalitar rejimi olan ölkələrə çox az rast gəlmək olar, xüsusilə də demokratik dəyərlərin aktiv inkişaf etdiyi bölgədə. Şimali Koreya bir istisnadır. Təəccüblüsü odur ki, hakimiyyəti miras yolu ilə ötürən ailəyə ildən-ilə kasıblaşan əhalinin əsas hissəsi həddindən artıq sədaqət nümayiş etdirir.

Bu ölkəyə fərqli münasibət göstərmək olar, amma bəzi qanun və qaydaları çox mənasızdır.

Televiziya

Şimali Koreyada yalnız üç kanal fəaliyyət göstərir. Bu kanalların hamısı dövlətə məxsusdur. Bütün proqramlar ağır şəkildə senzuradan keçir. Xüsusi bir komitə koreyalıların nəyi  seyr edə biləcəyi və nəyin zərərli olduğuna qərar verir.

Cəza

Şimali Koreyada ən şiddətli cəza sistemləri mövcuddur. Vəhşilik kimi görünsə də, cinayətə görə yalnız cinayətkar deyil, bütün ailəsi cəzalandırılır. Qaçmaq cəhdlərinə görə caninin üç nəsli, nənələri, valideynləri və uşaqları cəzalandırıla bilər.

Saç düzümü

Koreyada xüsusi Face-control tətbiq olunur. Saç və saç düzümü yalnız 28 nümunədən seçilə bilər. Bu qaydaya riayət eməyənləri ciddi cəza və ya həbs gözləyir.

İdman qaydaları

İnanmaq çətin olsa da, amma Koreyada basketbol oyunundakı qaydalar dəyişdirilib. Bunun heç bir izahı yoxdur, çox güman ki, bu, koreyalıların bütün dərdlərinə görə günahlandırdıqları amerikalıları qıcıqlandırmaq üçün edilmişdi.

Yaşayış icazəsi

Şimali Koreyanın paytaxtında yalnız hökumətin layiqli hesab etdiyi insanlar yaşaya bilər. Pxenyanda qalmaq üçün icazə tələb olunur. Belə icazə almaq çox çətindir. Deyirlər ki, belə bir sənədin dəyəri 100 min dollara çatır.

Təhsil

Koreyada valideynlər yalnız dərsliklər üçün deyil, həm də masaları və stulları üçün pul ödəməlidirlər. Əslində tələbənin valideynləri ona tamamilə bir təhsil yeri alırlar. Təlimdən sonra mebeli götürmək olmaz. O, başqa ailəyə satılacaq.

Din

İncil KXDR-də qadağan olunmuş bir kitabdır. Çünki bu, tədris vasitəsi kimi istifadə edilə bilər və insanlara hökumətin düzgün hesab etmədiyi dəyərlər aşılanar. Müqəddəs Kitabın saxlanmasına görə ölüm cəzası verilir.

Narkotiklər

Ağır dərmanların yayılmasına görə KXDR-də ölüm cəzası nəzərdə tutulub. Marixuana isə, ümumiyyətlə, narkotik sayılmır. Bu otu bazarda torbalarla ala bilərsiniz. Bu bitkiyə aid qadağan olunan qaydalar yoxdur.

Hazırladı: ELMAN

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*