Parlamentin sədri Alen Simonyan “Hayeli.am” saytının baş redaktoru Angela Tovmasyan və “Mənim namusum var” fraksiyasının deputatı Anna Mkrtçyanı məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə Alen Simonyan Telegram-da yazıb.
“Dünən mən məhkəməyə daha iki iddia qaldırdım, biri Anna Mkrtçyana, digəri isə Angela Tovmasyana qarşı. Hər ikisi təhqirə əsaslanır.
Yeri gəlmişkən, A. Mkrtçyanın məsələsində bu, artıq ikinci dəfədir. A.Tovmasyana qarşı isə birinci. Siz başa düşməlisiniz ki, Ermənistanda artıq insanları döymürlərsə, bu, heç kimə sağa-sola təhqir etmək haqqı vermir”, – deyə o yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
