Şirvanda iki avtomobil toqquşdu, xəsarət alanlar varbackend

Şirvanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*