Siyavuş Novruzov YAP-ın razılığını aldı – Bu dairədən namizəd olacaqbackend

Siyavuş Novruzov YAP-ın razılığını aldı - Bu dairədən namizəd olacaq

Siyavuş Novruzov namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, o Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxatr Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq.

Onun artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq aldığı bildirilir.

Qeyd edək ki, bu günlərdə onun parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı ziddiyyətli xəbərlər yayılmışdı.

Xatırladaq ki, YAP-ın namizədlər siyahısının iyul ayının 13-dən sonra elan olunacağı gözlənilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*