Siyavuş Novruzovdan Milli Məclisdə Naxçıvanla bağlı TƏKLİFbackend

Siyavuş Novruzovdan Milli Məclisdə Naxçıvanla bağlı TƏKLİF

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin məbləğinin artırılması təklif olunub.

KONKRET.az-ın məlumatına görə, təklifi Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda verib.

Deputat bildirib ki, Naxçıvan Azərbaycanın strateji bölgəsidir. Onun sözlərinə görə, Naxçıvan əhalisi karantin rejiminə görə məhsulunu xarici bazara – Türkiyə və İrana sata bilmir:

“Onu da nəzərə almaq lazımdır ki, Naxçıvanda əlahiddə ordu var. Buna görə də təklif edirəm ki, Naxçıvana ayrılan dotasiyanın həcmi çoxaldılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*