backend

Siyəzəndə 34 yaşlı şəxs narkotik istifadə edərkən dünyasını dəyişib -TƏFƏRRÜAT

Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında baş verib. Rayon sakini 1985-ci il təvəllüdlü Əli Babayi gecə saatlarında huşsuz vəziyyətdə Siyəzən Rayon Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Əli Babayi narkotik aludəçisi olub. O, sonuncu dəfə damarına narkotik maddə vuran zaman halı pisləşib və komaya düşüb.

Cəlal Fərzəliyev,

Konkret.az-ın şimal bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*